Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Rusiyanın "kölgə donanması"nı vurdu

19.07.2026 15:45

Ukrayna Rusiyanın "kölgə donanması"nı vurdu

Ukrayna Silahlı Qüvvələri Qara dəniz akvatoriyasında Rusiya iqtisadiyyatına və loqistikasına ağır zərbələr vurmaqda davam edir.

Primeinfo.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi iyulun 19-na keçən gecə keçirilən xüsusi əməliyyat zamanı Rusiyanın “kölgə donanması”na aid daha 4 gəminin uğurla vurulduğunu elan edib. Məlumata görə, sıradan çıxarılan dəniz nəqliyyat vasitələrindən 2-si neft tankeri, 1-i quru yük gəmisi (suhoqruz), 1-i isə üzən krandır.

Komandanın sözlərinə görə, təkcə iyulun 1-dən bəri Azov və Qara dəniz sularında Rusiyaya məxsus ümumilikdə 176 gəmi hədəfə alınıb.

Xatırladaq ki, Robert Brovdi iyulun 18-də də genişmiqyaslı hesabat yayaraq, Rusiyanın “kölgə donanması” ilə əlaqəli 13 gəminin (12-si Qara dənizdə, 1-i isə Azov dənizində) Ukrayna hərbçiləri tərəfindən zərərsizləşdirildiyini bildirmişdi.

Paylaş: