Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski Hakan Fidanı ordenlə təltif edib

16.07.2026 22:35

Zelenski Hakan Fidanı ordenlə təltif edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində ölkə Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, görüş zamanı Zelenski H.Fidanı Ukraynanın II dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.

Bildirilib ki, orden Ukrayna qarşısında mühüm xidmətləri olan ölkə vətəndaşlarına, eləcə də xarici dövlətlərin nümayəndələrinə verilir.

Təltif dövlət idarəçiliyi və ictimai xidmət, diplomatiya, beynəlxalq münasibətlər, elm və təhsil, mədəniyyət və incəsənət, həmçinin iqtisadiyyat və sənaye sahələrinə verilən əhəmiyyətli töhfələrə görə təqdim olunur.

Paylaş: