Xəbər axtarın

Son axtarış nəticələri:

Ruslar ABŞ-ın Kiyevdəki loqistika mərkəzini vurdu

19.07.2026 14:45

Ruslar ABŞ-ın Kiyevdəki loqistika mərkəzini vurdu

Rusiya ordusunun Ukraynanın Buça şəhəri yaxınlığına endirdiyi raket zərbələri böyük dağıntılara səbəb olub.

Primeinfo.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hücum nəticəsində bölgədəki iri anbarlar və strateji loqistika obyekti hədəf alınıb. Ukraynanın hərbi teleqram kanalları isə vurulan bu böyük infrastruktur obyektinin birbaşa Amerika şirkətinə məxsus olduğunu iddia edib.

Rusiya Müdafiə Nazirliyi də rəsmi bəyanat yayaraq, Buçadakı sözügedən logistika mərkəzinə uğurlu zərbə endirildiyini rəsmən təsdiqləyib.

Hadisə yerində güclü yanğın baş verib, dağıntıların miqyası və tələfat barədə araşdırmalar davam edir.

Paylaş: