Küveytdə elektrik enerjisi istehsal edən və dəniz suyunu duzsuzlaşdıran müəssisə yenidən İranın hücumuna məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Küveyt Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, hücum nəticəsində müəssisənin bəzi infrastruktur obyektlərində yanğın baş verib və çoxlu sayda enerji blokları sıradan çıxıb.
Yaxın Şərqdə gərginlik son həddə çatıb və regionda irimiqyaslı hərbi toqquşma başlayıb.
İran Küveytin ən kritik neft infrastrukturunu hədəf alan dağıdıcı zərbələr endirib. Primeinfo.az xəbər verir ki, Küveytin dövlət neft şirkəti “Kuwait Petroleum Corp” ölkənin neft-qaz sənayesi obyektlərinin İran tərəfindən ardıcıl hücumlara məruz qaldığını rəsmən bəyan edib. Şirkətin yaydığı təcili məlumatda qeyd olunur ki, qəfil və intensiv şəkildə həyata keçirilən bu hücumlar nəticəsində neft infrastrukturuna çox ciddi maddi ziyan dəyib.
ran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 4 ədəd “Fateh-110” raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb.
İranın müvəqqəti işlər vəkili Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, iranlı diplomata Tehranın hərəkətləri ilə bağlı rəsmi etiraz bildirilib. Eyni zamanda, Küveyt hakimiyyəti İrandakı diplomatik nümayəndəliyin əməkdaş sayını azaldıb, iki iranlı diplomatı “persona-non grata” elan edib və onların 24 saat ərzində ölkəni tərk etməsini tələb edib.