Xəbər axtarın

Son axtarış nəticələri:

Sultan Raev: "Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir"

17.07.2026 16:45

Sultan Raev: "Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir"

Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir.

Primeinfo.az xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalında deyib.

O, bu gün Şuşada və Ağdamda ortaq tarix, dil, mədəniyyət və gələcəyə inamı bir daha möhkəmləndirdiklərini bildirib:

“Dövlətləri sərhədlər ayırsa da, mədəniyyət, incəsənət və poeziya onları mənəvi cəhətdən birləşdirir. Türk dünyasının ortaq yaddaşını yaşadan ən güclü dəyərlərdən biri ədəbiyyatdır. Bu böyük ədəbi ənənə bizi ortaq bir sivilizasiya çətiri altında bir araya gətirir. TÜRKSOY olaraq ortaq mədəni irsimizi gələcək nəsillərə çatdırmağı ən mühüm vəzifələrimizdən biri hesab edirik”.

Sultan Raev Vaqif Poeziya Günləri çərçivəsində yaranacaq əsərlərin kitab halında nəşr olunmasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Paylaş: