Xəbər axtarın

Son axtarış nəticələri:

SON DƏQİQƏ: Tramp İrana qarşı şok planı İŞƏ SALIR

18.07.2026 13:45

SON DƏQİQƏ: Tramp İrana qarşı şok planı İŞƏ SALIR

ABŞ prezidenti Donald Tramp administrasiyası İsrailə ölkəyə daha onlarla yanacaq dolduran hərbi təyyarə göndərəcəyini bildirib. Bu addımın İrana qarşı mümkün hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı olduğu qeyd olunur.

Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə Təl-Əviv yaxınlığındakı Ben-Qurion hava limanında təxminən 30, ölkənin cənubundakı Ramon hava limanında isə daha 30-a yaxın yanacaq dolduran hərbi təyyarə yerləşdirilib.

İsrail rəsmilərinin sözlərinə görə, Vaşinqton bu təyyarələrin sayını İranla müharibənin ilk günlərindəki səviyyəyə çatdırmağı planlaşdırır.

“Axios” yazır ki, Donald Tramp İrana qarşı daha genişmiqyaslı zərbələr endirilməsi variantlarını nəzərdən keçirir. Müzakirə olunan ssenarilər arasında İranın enerji və digər infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyalarına zərbələr, nüvə obyektlərinə yeni hücumlar, həmçinin Pikaks dağında inşa edilən kompleksin vurulması da var.

Mənbələrin bildirdiyinə görə, Tramp hələ yekun qərar verməyib. Lakin onun yaxın günlərdə münaqişənin daha da kəskinləşdirilməsi ilə bağlı göstəriş verə biləcəyi istisna edilmir.

Paylaş: