Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyinin ictimaiyyət qarşısına çıxacağı vaxt bəlli oldu – İrandan açıqlama

18.07.2026 14:05

Xamneyinin ictimaiyyət qarşısına çıxacağı vaxt bəlli oldu – İrandan açıqlama

İranın ali rəhbəri Müctəba Xamneyi təhlükəsizlik səbəblərinə görə ABŞ və İsrail ilə müharibə başa çatana qədər ictimaiyyət qarşısına çıxmayacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi İrandakı etibarlı mənbəsinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu qərar davam edən hərbi münaqişə və mövcud təhlükəsizlik təhdidləri ilə bağlıdır.

Mənbə bildirib ki, müharibə şəraiti və ciddi təhlükəsizlik tədbirləri səbəbindən ali rəhbər hazırda ictimai məkanda görünmür.

O, İrandakı vəziyyət normallaşdıqdan sonra rəsmi liderin yenidən aktiv ictimai fəaliyyətə qayıdacağını vurğulayıb.

Hazırda İran hökuməti regiondakı vəziyyətin sabitləşməsini gözləyir.

Mənbənin sözlərinə görə, şərait tam normallaşdıqdan dərhal sonra Xamneyi yenidən xalq qarşısına çıxacaq və rəsmi görüşlərini bərpa edəcək.

Paylaş: