Xəbər axtarın

Son axtarış nəticələri:

Festivalları fəth edən film indi yalnız "Park Cinema"da - FOTO

17.07.2026 16:14

Festivalları fəth edən film indi yalnız "Park Cinema"da - FOTO

Ötən gün “Park Cinema Flame Towers” kinoteatrında ilin ən çox gözlənilən ekran əsərlərindən biri olan “Dantenin kodeksi” filminin xüsusi fanat nümayişi keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbirdə iştirak edən media nümayəndələri, kino tənqidçiləri, blogerlər və tamaşaçılar filmi ilk izləyənlər sırasında yer alıblar.

Nümayiş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və film haqqında ilk təəssüratlar yüksək qiymətləndirilib. Beynəlxalq kino festivallarında nümayiş olunaraq diqqət çəkən və kinosevərlərin marağını qazanan “Dantenin kodeksi” artıq dünya kinoteatrlarında nümayişə başlayıb.

“Dantenin kodeksi” filmi ingilis və rus dillərində, eləcə də Azərbaycan dilində altyazı ilə eksklüziv olaraq yalnız “Park Cinema” kinoteatrlarında nümayiş olunur.

Qeyd edək ki, filmin süjeti XXI əsrdə yaşayan yazıçı Nikin Dante Aligyerinin “İlahi Komediya” əlyazmasını oğurlamaq üçün təhlükəli missiyaya cəlb olunmasından bəhs edir. XIV əsrdə yaşayan Dante ilə paralel inkişaf edən hadisələr sirr, dram və tarixi motivləri bir araya gətirərək tamaşaçını fərqli dövrlər arasında maraqlı bir səyahətə aparır.

Biletləri buradan əldə edə bilərsiniz

https://new.parkcinema.az/az/movie/6a4769a951f6545d3aa51a4c

Paylaş: