Xəbər axtarın

Son axtarış nəticələri:

Lavrov vurulan AZAL təyyarəsindən DANIŞDI

17.07.2026 15:24

Lavrov vurulan AZAL təyyarəsindən DANIŞDI

 AZAL təyyarəsinin qəzalarının nəticələri ilə bağlı bütün məsələlər həll olunub.

Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu il yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin gördüyü işlər nəticəsində fəlakətin nəticələri ilə bağlı bütün məsələləri tənzimləmişik”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer-190” təyyarəsi 2024-cü ilin dekabrında qəzaya uğrayıb. Təyyarə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının vurulması cəhdi zamanı Rusiya hava hücumundan müdafiə sistemindən buraxılan raketlərin partlaması nəticəsində zədələnib.

Təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub.

2026-cı ilin aprelində Moskva və Bakı kompensasiya ödənişləri ilə bağlı razılaşma əldə edib.

Paylaş: