
“AZAL-la bağlı vəziyyət Azərbaycan gündəmində artıq xeyli oturuşmuş bir məsələdir. Naxçıvana sadəcə hava yolunun olduğunu nəzərə alsaq, bu, Naxçıvanın bəlkə də bir nömrəli problemi kimi qiymətləndirilə bilər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında deyib.
O, AZAL-ın Bakı–Naxçıvan-Bakı reysinə biletlərin qiymətinin yüksək, göstərilən xidmətin isə aşağı olduğundan gileylənib:
“Naxçıvana gediş-gəliş həddindən artıq çətindir və heç bir proqnoz işləmir. Naxçıvana bileti necə alacaqsan, uçağa necə minəcəksən, uçaq nə zaman qalxacaq, aldığın bilet ümumiyyətlə mövcuddurmu, işləyirmi? Əgər bilet işləmirsə, bununla bağlı AZAL-ın üzərinə düşən öhdəliklər qanunla necə tənzimlənir? Bunlar hamısı açıq qalan suallardır”.
Davamı “Qırmızı masa”da: