Xəbər axtarın

Son axtarış nəticələri:

XİN rəhbəri: "Vətən müharibəsi yeni reallıqlar yaradıb, Ermənistanla faktiki olaraq sülh mövcuddur"

17.07.2026 16:22

XİN rəhbəri: "Vətən müharibəsi yeni reallıqlar yaradıb, Ermənistanla faktiki olaraq sülh mövcuddur"

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb.

Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır: “Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində son dövrlərdə baş verən tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır”.

Ceyhun Bayramov qeyd edib ki, müzakirələr zamanı rusiyalı həmkarını azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesi, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb: “Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur”.

Paylaş: