Xəbər axtarın

Son axtarış nəticələri:

Mbappe Messini geridə qoydu: Yeni dünya rekordu

19.07.2026 10:15

Mbappe Messini geridə qoydu: Yeni dünya rekordu

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinin ən məhsuldar bombardiri adına yiyələnib.

Primeinfo.az xəbər verir ki, DÇ-2026-da İngiltərə yığmasına qarşı keçirilən üçüncü yer uğrunda oyunda dubl edən 27 yaşlı futbolçu, dünya çempionatlarındakı qollarının sayını 22-yə çatdırıb. Bununla da Mbappe 21 qolu olan argentinalı Lionel Messini geridə qoyaraq yeni rekorda imza atıb.

Bombardirlər siyahısında üçüncü pillədə 16 qolla Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze qərarlaşıb. Aktiv futbolçular arasında isə İngiltərə yığmasının üzvü Harri Keyn 14 qolla ilk onluqdakı yerini qoruyur.

Xatırladaq ki, 2024-cü ildən İspaniyanın “Real” klubunda çıxış edən Kilian Mbappe Fransa millisinin heyətində 2018-ci il dünya çempionu və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

Paylaş: