
ABŞ ordusu İran ərazisinə növbəti zərbələri başa çatdırıb.
Primeinfo.az xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşıb: “ABŞ qüvvələri İrana ardıcıl yeddinci gecə zərbələrini endirib”.
Komandanlıq hansı obyektlərin vurulduğunu da açıqlayıb: “CENTCOM qüvvələri müşahidə məntəqələrinə, hərbi logistika infrastrukturuna, yeraltı silah saxlama obyektlərinə və dəniz aktivlərinə zərbələr endirib”.