Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Lionel Messi

Messi Argentina millisi ilə vidalaşıb

Messi Argentina millisi ilə vidalaşıb

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalından əvvəl komanda yoldaşlarına bunun yığmadakı son oyunu olacağını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Ernan Kastilyo məlumat yayıb. Mənbənin iddiasına görə, 39 yaşlı futbolçu oyundan əvvəl paltardəyişmə otağında emosional çıxış edib.

Messi göz yaşlarını saxlaya bilmədi - FOTO - VİDEO

Messi göz yaşlarını saxlaya bilmədi - FOTO - VİDEO

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının finalındakı məğlubiyyətdən sonra emosional anlar yaşayıb. Primeinfo.az xəbər verir ki, İspaniya ilə keçirilən həlledici qarşılaşmadan sonra argentinalı ulduz göz yaşlarını saxlaya bilməyib. Messi komanda yoldaşları ilə birlikdə yaşadığı məyusluğu gizlədə bilməyib.

"Messi əsl vəhşidir"

"Messi əsl vəhşidir"

DÇ-2026-nın finalında bu gün Argentina millisi ilə üz-üzə gələcək İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavi rəqib komandanın superulduzu Lionel Messidən danışıb. Primeinfo.az xəbər verir ki, “Buğalar”ın sıralarında DÇ-2010-un qalibi olmuş mütəxəssisin sözlərini “Marca” belə çatdırıb: “İlk növbədə Messini dostum sayıram. Yaxşı münasibətimiz var.

Messi Mbappe və Maradonanı geridə qoydu

Messi Mbappe və Maradonanı geridə qoydu

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının (DÇ-2026) ən yaxşı bombardirləri siyahısında liderliyi ələ alıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, 1/16 final çərçivəsində Kabo-Verde yığmasına qarşı keçirilən matçda (əlavə vaxtda 3:2) fərqləndikdən sonra Messinin aktivində 7 qol var. O, eyni mərhələdə İsveçlə (3:0) dubl edərək turnirdə qollarının sayını 6-ya yüksəldən fransız forvard Kilian Mbappeni geridə qoyub.

Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu - FOTO

Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu - FOTO

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının J qrupunun 2-ci turunda Avstriya yığması ilə keçirilən matçda qeydə alınıb. Messi mundiallarda 17-ci qolunu vuraraq bu göstəricidə 16 qolla Miroslav Klozeni geridə qoyub.

Yamal Мessini geridə qoydu

Yamal Мessini geridə qoydu

İspaniya millisinin vingeri Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində ən gənc qol müəllifləri siyahısında ilk onluğa daxil olub. Primeinfo.az xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçirilən oyunda baş verib. Yamal qarşılaşmanın 10-cu dəqiqəsində hesabı açaraq bu göstərici üzrə argentinalı hücumçu Lionel Messini geridə qoyub.

Messi Argentina-Əlcəzair matçının "ən yaxşı"sı oldu

Messi Argentina-Əlcəzair matçının "ən yaxşı"sı oldu

Futbol üzrə dünya çempionatında Argentina və Əlcəzair yığmaları arasında keçirilən J qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub. Primeinfo.az xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb. Futbolçu sözügedən matçda (3:0) het-trik müəllifi olub.

38 yaşlı Messi ilə bağlı mundial qərarı verildi

38 yaşlı Messi ilə bağlı mundial qərarı verildi

Argentinanın futbol üzrə milli komandasının 38 yaşlı hücumçusu və kapitanı Lionel Messi mundialda iştirak edəcək. Primeinfo.az-ın xəbərinə görə, bu barədə Argentina milli komandasının mətbuat xidməti “X” hesabında məlumat verib. Argentinanın 2026-cı il futbol üzrə dünya çempionatı (DÇ-2026) üçün heyəti aşağıdakı kimi təyin edilib: Qapıçılar: Emiliano Martines (“Aston Villa”), Xuan Musso (“Atletiko Madrid”), Xeronimo Rulyi (“Marsel”); Müdafiəçilər: Nauel Molina (“Atletiko Madrid”), Qonsalo Montyel (“River Pleyt”), Kristian Romero (“Tottenhem”), Leonardo Balerdi (“Marsel”), Lisandro Martines (“Mançester Yunayted”), Nikolas Otamendi (“Benfika”), Nikolas Talyafiko (“Lion”), Fakundo Medina (“Lans”); Yarımmüdafiəçilər: Leandro Paredes (“Boka Xuniors”), Covani Lo Çelso (“Betis”), Rodriqo De Paul (“İnter Mayami”), Tyaqo Almada (“Atletiko”), Eksekiel Palasos (“Bayer”), Nikolas Qonsales (“Yuventus”), Niko Pas (“Komo”), Aleksis MakAllister (“Liverpul”), Enso Fernandes (“Çelsi”), Valentin Barko (“Strasburq”); Hücumçular: Xulian Alvares (“Atletiko Madrid”), Lionel Messi (“İnter Mayami”), Lautaro Martines (“İnter”), Xose Manuel Lopes (“Palmeyras”), Culiano Simeone (“Atletiko Madrid”).