Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Lionel Messi

899-cu qolunu vurdu -VİDEO

899-cu qolunu vurdu -VİDEO

MLS-in növbəti oyunları çərçivəsində martın 8-nə keçən gecə “İnter Mayami” səfərdə “DC Yunayted”in qonağı olub. Primeinfo.az “Sky Sports”a istinadla xəbər verir ki, gərgin keçən qarşılaşma Mayami təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb. “İnter Mayami”yə vacib üç xalı qazandıran qolları argentinalı ulduzlar Rodriqo De Paul və Lionel Messi vurublar.

Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu olub

Messi karyerasında 48-ci kubokunu qazanaraq MLS çempionu olub

Argentina millisinin hücumçusu Lionel Messi idman karyerasında 48-ci kubokunu qazanıb və “İnter Mayami”nin heyətində Amerika Peşəkar Futbol Liqasının (MLS) çempionu olub. Primeinfo.az-ın məlumatına görə, pley-off-un final matçında onun komandası “Vankuver”i 3:1 hesabı ilə məğlub edib. Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.

Messi dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub

Messi dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yeni rekorda imza atıb. Primeinfo.az xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub. Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb.

Messi futbol tarixində 400 qol ötürməsi edən ilk oyunçu olub

Messi futbol tarixində 400 qol ötürməsi edən ilk oyunçu olub

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi futbol tarixində 400 qol ötürməsi həddinə çatan ilk oyunçu olub. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu göstəriciyə Messi MLS-in pley-off mərhələsinin 1/8 finalında “Neşvill”ə qarşı keçirilən üçüncü oyunda nail olub. Qarşılaşma “İnter Mayami”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Messiyə yerli çempionatda çıxış etməyə icazə verilmədi

Messiyə yerli çempionatda çıxış etməyə icazə verilmədi

    Səudiyyə Ərəbistanı Argentina millisinin futbolçusu Lionel Messiyə milli çempionatda oynamaq üçün icazə verməyib. Primeinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” radiosu məlumat yayıb. Mənbənin məlumatına görə, Messi “İnter Mayami” (ABŞ) klubunun iştirak etdiyi MLS liqasındakı fasilə dövründə Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib.

Messi karyerası ilə bağlı qərarını verdi

Messi karyerası ilə bağlı qərarını verdi

Ulduz Lionel Messi karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Messinin tikintisi davam edən yeni stadionda müqavilə imzaladığı an yer alıb.

Messi futbol turniri təsis edib

Messi futbol turniri təsis edib

Argentina milli komandasının və “İnter Mayami”nin kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib. Primeinfo.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib. Futbolçunun adını daşıyan “Messi Kuboku” dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək.