Xəbər axtarın

Son axtarış nəticələri:

Messi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi

28.06.2026 12:45

Messi dünya çempionatlarında heç kimin edə bilmədiyini etdi

Lionel Messi futbol tarixinə dünya çempionatlarında ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu kimi düşüb.

Primeinfo.az “Çempionat” portalına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda İordaniya ilə oyunda da fərqlənərək möhtəşəm seriyasını davam etdirib.

Beləliklə, Messi dünya çempionatlarında ardıcıl yeddi matçda qol vurmaqla indiyədək heç bir futbolçunun nail ola bilmədiyi rekorda imza atıb.

Bununla yanaşı, 38 yaşlı hücumçu dünya çempionatlarında vurduğu qolların sayını da artıraraq şəxsi rekordunu yeniləyib. Hazırda onun mundiallarda aktivində 19 qol var.

Messi bununla da dünya çempionatları tarixinin ən məhsuldar bombardirləri sırasında ən yaxın izləyiciləri – hərəyə 16 qolu olan Miroslav Kloze və Kilian Mbappeni geridə qoyaraq üstünlüyünü daha da möhkəmləndirib.

Paylaş: