
Futbol üzrə dünya çempionatında Argentina və Əlcəzair yığmaları arasında keçirilən J qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub.
Primeinfo.az xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb.
Futbolçu sözügedən matçda (3:0) het-trik müəllifi olub.
Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.