Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xarici İşlər Nazirliyi (XİN)

Azərbaycan XİN: Fransanın əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik

Azərbaycan XİN: Fransanın əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində deyilir. XİN rəsmisi bildirib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir: “Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur”.

Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib

Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib

18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov banqladeşli həmkarı ilə danışıb

Ceyhun Bayramov banqladeşli həmkarı ilə danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əraqçi və Lavrov regiondakı vəziyyəti müzakirə ediblər

Əraqçi və Lavrov regiondakı vəziyyəti müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Primeinfo.az-ın məlumatına görə, tərəflər söhbət zamanı İslamabad memorandumunu, eləcə də bəzi regional və ikitərəfli məsələləri müzakirə ediblər. Əraqçi memorandumun detalları barədə məlumat verərək, onun müddəalarının düzgün icrasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahından imtina etməsi mövzusu gündəlikdən tamamilə və həmişəlik çıxarılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) tərəfindən dərc olunmuş bəyanatında deyilir. “ABŞ və onun müttəfiqlərinin boş anti-Koreya ritorikası, eləcə də razılaşdırılmış təhdidləri bizim nüvə dövləti kimi dəyişməz statusumuza təsir edə bilməz, denuklearizasiya məsələsi yenidən baxılma imkanı olmadan, birdəfəlik bağlanıb”, – sənəddə qeyd olunur.