Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xarici İşlər Nazirliyi (XİN)

Azərbaycanla Gürcüstanın baş diplomatları görüşdü - FOTO

Azərbaycanla Gürcüstanın baş diplomatları görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib. Bildirilib ki, Ceyhun Bayramovun İstanbulda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı Azərbaycan –Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

XİN rəhbəri Azərbaycan vətəndaşlarına çağırış edib

XİN rəhbəri Azərbaycan vətəndaşlarına çağırış edib

Hər müharibə çox ciddi riskləri özündə ehtiva edir və onu bir coğrafiya və ya qaydalar daxilində proqnozlaşdırmaq mümkünsüzdür. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan dövləti hər zaman savaşın dayandırılması, onun diplomatik həllinin tapılması, ən azından ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülhə nail olunması üçün addımların önəmini qeyd edir: “Biz bu gün Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinə şahid oluruq, bunun faciəvi təsirlərini izləyirik.

XİN rəhbərləri TRIPP-in icrasını müzakirə edib

XİN rəhbərləri TRIPP-in icrasını müzakirə edib

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri bugünkü üçtərəfli görüşdə Orta Dəhlizi müzakirə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bugünkü görüşdə Zəngəzur Dəhlizinin əhəmiyyəti qeyd edilib, Zəngəzur Dəhlizinin bir hissəsi olan TRIPP layihəsinin icrasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

İyunun 5-də İspaniya Krallığının paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Primeinfo.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.

XİN: “CNN-ə rəsmi qaydada cavab verilib, iddialar əsassızdır”

XİN: “CNN-ə rəsmi qaydada cavab verilib, iddialar əsassızdır”

5 iyun tarixində “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin “CNN World”-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhində bildirib. Onun sözlərinə görə, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib.

Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyindən (XİN) Primeinfo.az-a verilən xəbərə görə, nazirlər Azərbaycanla Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb.