Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib. XİN-dən Primeinfo.az -a verilən məlumata görə, iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib. Qeyd edilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mer Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsində yazıb. “Mer Zohran Kvame Məmdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər.
Azərbaycan və Lüksemburq arasında məsləhətləşmələr olub
XİN: “Azərbaycan beynəlxalq və regional müstəvidə təhlükəsizliyə töhfə verəcək”
23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə qardaş Türkiyəni səmimi qəlbdən təbrik edirik. Primeinfo.az xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin təbrikində əksini tapıb. “Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uşaqlara bəxş etdiyi bu gün, sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə dünən və bu gün məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı İshaq Dar ilə ABŞ və İran arasında gözlənilən danışıqları müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Hakan Fidan və İshaq Dar telefon danışığında yaxın günlərdə atılacaq addımları nəzərdən keçiriblər.
“Azərbaycanda minalar hələ də insanların həyatını itirməsinə səbəb olur.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Nazirlər ABŞ və İran arasında elan olunan 15 günlük müvəqqəti atəşkəsi və İslamabadda baş tutacaq növbəti danışıqlar prosesini müzakirə ediblər.