Türkiyə İsraili danışıqlar prosesini sabotaj etməkdə ittiham edir. Primeinfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Yaxın Şərqdə aparılan danışıqlara mane olmağa çalışdığını bildirib. Nazir qeyd edib ki, bu cür cəhdlərə qarşı ayıq olmaq və sağlam düşüncə ilə yanaşmaq vacibdir: “Beynəlxalq ictimaiyyət İsrail tərəfindən mümkün sabotaj aktlarına qarşı diqqətli olmalı və buna uyğun cavab verməyə hazır olmalıdır”.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun had an extended meeting with the Minister of Foreign Affairs of the Republic of Kazakhstan Yermek Kosherbayev @AzerbaijanMFA during his official visit to #Baku, #Azerbaijan.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.
Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
“4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”.
Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, sözügedən qətnaməyə əsas həmmüəllif ölkələr olan Türkiyə, Gürcüstan, Ekvador, Keniya, Malayziya və Tailand ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlər, Birləşmiş Krallıq, Kanada, Yaponiya, Avstraliya, Braziliya, Efiopiya eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən bir sıra digər dövlətlər milli qisimdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həmmüəllif kimi qoşulublar. Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
Tehran atəşkəsi qəbul etmir. Primeinfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jaazera”ya müsahibəsində deyib. “Biz müharibənin sona çatmasını, gələcəkdə təcavüzlərin təkrar olunmayacağına zəmanət və İran xalqına dəyən zərərin ödənilməsini tələb edirik”, – nazir vurğulayıb.
30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda səfərdə olan Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərini qəbul edib.