Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xarici İşlər Nazirliyi (XİN)

XİN: "Vətən müharibəsindən sonra 419 azərbaycanlı mina qurbanı olub"

XİN: "Vətən müharibəsindən sonra 419 azərbaycanlı mina qurbanı olub"

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb. Primeinfo.az xəbər verir ki, bu, XİN-in “X” hesabında ötən gün Xocavənddə baş verən mina hadisəsi ilə bağlı paylaşımında qeyd olunub.

Hakan Fidan həmkarları ilə regionda gərginliyin azalması üçün addımları müzakirə edib

Hakan Fidan həmkarları ilə regionda gərginliyin azalması üçün addımları müzakirə edib

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və cənubi koreyalı həmkar Ço Hyunla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in sosial media hesabında paylaşılıb. Bildirilib ki, telefon danışıqları zamanı regionda davam edən gərginliyin azaldılması üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.

Monteneqro XİN rəhbəri İranın Azərbaycana dron hücumlarının narahatlıq doğurduğunu bildirib

Monteneqro XİN rəhbəri İranın Azərbaycana dron hücumlarının narahatlıq doğurduğunu bildirib

6 mart 2026-cı il tarixində Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.