XİN İranın hücumundan sonra Azərbaycana dəstək verənlərə təşəkkür edib - SİYAHI
XİN İranın hücumundan sonra Azərbaycana dəstək verənlərə təşəkkür edib – Siyahıda Ermənistan da var
XİN İranın hücumundan sonra Azərbaycana dəstək verənlərə təşəkkür edib – Siyahıda Ermənistan da var
Yaxın Şərqdə baş verən proseslər fonunda müxtəlif ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün işlər gedir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, səfirlik və konsulluqlara olan müraciətlərin sayı 1000 civarındadır: “Əsas 5 ölkə – BƏƏ, Səudiyyə, Qətər, Bəhreyn və Küveytdə 1000-ə yaxın vətəndaşımızdan müraciətlər almışıq”.
Dünən İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər.
Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana dron hücumlarını qınayıb. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib. Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib.
Martın 5-də Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.
Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Primeinfo.az xəbər verir ki, bu barədə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə XİN-in bəyanatında deyilir.
XİN: “İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb”
İrandan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Bildirilib ki, İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub.