Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Azərbaycan-İran arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan-İran arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Yanvarın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Primeinfo.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub. Nazir müavini V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib.

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) qatar toqquşması faciəsi ilə bağlı İspaniyaya başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “İspaniyanın Kordova şəhərində baş verən və çox sayda insanın həyatına son qoyan, yaralanmalara səbəb olan faciəvi qatar toqquşması xəbərindən dərindən kədərlənirik.

Erməni spiker Türkiyə XİN rəhbərinə təşəkkür etdi

Erməni spiker Türkiyə XİN rəhbərinə təşəkkür etdi

Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkürümü bildirirəm. Primeinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yanvarın 16-da jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “Ermənistanda ictimaiyyət arasında çoxluğun sülhün irəlilədilməsi, ticarətin həyata keçirilməsi və bu ticarətin TRIPP çərçivəsində inkişaf etdirilməsi çağırışlarını dəstəkləyən Türkiyənin xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm”, – deyə Alen Simonyan bildirib.

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. XİN-dən Primeinfo.az-a bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Ceyhun Bayramov həmkarı ilə Venesueladakı son hadisələr barədə danışıb

Ceyhun Bayramov həmkarı ilə Venesueladakı son hadisələr barədə danışıb

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

XİN rəhbərinin müavini Vyanada “Türk həftəsi”nin açılışında - FOTO

XİN rəhbərinin müavini Vyanada “Türk həftəsi”nin açılışında - FOTO

12-15 yanvar tarixlərində Vyana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Türk həftəsi” keçirilir. Bu barədə Primeinfo.az XİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.