Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov: "Ermənistanda keçiriləcək Sammitdə Azərbaycan iştirak etməyəcək"

26.02.2026 10:13

Ceyhun Bayramov: "Ermənistanda keçiriləcək Sammitdə Azərbaycan iştirak etməyəcək"

“Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur”.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayı üçün belə səfər planda yoxdur:

“Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb”.

Paylaş: