Xəbər axtarın

Son axtarış nəticələri:

Heydər Oguz: “Rusiyada insan traktordan dəyərsizdir” – VİDEO

05.11.2025 18:00


“Mən hərbi xidmətimi Rusiyada çəkmişəm. Orada zabitlər deyirdilər ki, “bir traktor bərabərdir 4 əsgərə”. Yəni, insanı texnika ilə müqayisə edirdilər. Rusiyanın hərbi strategiyasında insan traktordan daha dəyərsizdir”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O, Rusiyanın 51-ci ümumqoşun ordusunun iki generalının vəzifələrindən azad edilməsinin əsgərlərinin ölümü ilə əlaqələndirilməsini əsassız sayır:

“Rusiya heç vaxt insan itkisinə görə generalları işdən çıxarmaz. Rusiya insanları qırdırıb, nəyisə əldə etməyə çalışır. Bu Rusiyanın tarix boyu – 18-ci əsrdən indiyədək davam etdirdiyi strategiyadır. Rusiya nə qədər çox itki verərsə, bir o qədər də qarşı tərəfdən insan öldürə bilər. Putin bundan çəkinmir.

Ona görə də, Putin generalları insan itkisinə görə cəzalandırmaz. Görünür, həmin generalların apardığı siyasət, həyata keçirdikləri strategiya keyfiyyətsiz olub, irəliləyiş əldə olunmayıb”.

Paylaş: