Xəbər axtarın

Son axtarış nəticələri:

İran Azərbaycana zəhərli portağal satıb - İDDİA

22.11.2025 14:15

İran bazarlarında sənaye rəngləri vurulmuş meyvələrin satılması ilə bağlı ciddi xəbərdarlıq edilib.

Primeinfo.az xəbər verir ki, İran Bazarı Rəsmisi, Sədri Əkbər Yaveri Azərbaycan TV-yə bildirib ki, bazara çıxarılan portağal kimi sitrus meyvələrin tərkibi iynə ilə sənaye rəngləri vurulmuş məhsullardır və onların istehlakı insanlara zəhər təsiri bağışlaya bilər.

O, problemin səbəbini izah edərək qeyd edib ki, satıcılar məhsulları erkən yığırlar. Erkən yığılmış rəngsiz portağallar sənaye rəngləri ilə rənglənir. Yaverinin sözlərinə görə, bu məqsədlə istifadə edilən rənglər meyvələr üçün nəzərdə tutulmuş boyalar deyil, zəhərli sənaye rəngləridir.

“Biz bu meyvələri Özbəkistan, Rusiya və Azərbaycana bu günə qədər satırdıq, lakin bu ilin mart-aprel aylarında onlar xəbər tutaraq İrandan sitrus meyvələrinin idxalına qadağa qoyublar”, — deyə Yaveri əlavə edib.

Paylaş: