
Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb.
Primeinfo.az xəbər verir ki, iştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıblar.
Həmçinin 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.