Xəbər axtarın

Son axtarış nəticələri:

Məlumatlarınızı paylaşmayın! - DİN-dən XƏBƏRDARLIQ

03.11.2025 12:18


Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluq hallarının artması ilə bağlı vətəndaşlara növbəti dəfə ciddi xəbərdarlıq edib.

Primeinfo.az-a DİN-dən bildirilib ki, texnologiyanın inkişafı ilə dələduzlar da üsullarını dəyişir və daha inandırıcı mesajlarla insanları aldatmağa çalışırlar.

“Heç bir halda kart məlumatlarınızı – PIN, CVV, parol, SMS kod və digər şəxsi məlumatları – tanımadığınız şəxslərlə paylaşmayın. Bank əməkdaşları və ya rəsmi təşkilatlar vətəndaşlardan bu məlumatları heç vaxt istəmir.

Son günlər dələduzlar tez-tez “Bankdandır, kodu təcili verin”, “endirim üçün linkə daxil olun”, “hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin”, “kartınız bloklanacaq, təsdiq üçün linkə keçin” kimi ifadələrlə insanları tələyə salır. Bu cür mesajların məqsədi şəxsi məlumatları və hesabdakı vəsaiti ələ keçirməkdir”.

DİN vətəndaşlardan xahiş edir ki, bu tip hallarla qarşılaşdıqda bankla və ya “102” Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar.

“Bir mesajla aldanmaq, bir kliklə bütün vəsaitinizi itirmək mümkündür. Şübhəli keçidlərə daxil olmayın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmayın”, – məlumatda qeyd edilib.

Paylaş: