Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: “Neçə arvadınız var?” - VİDEO

12.11.2025 23:37

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Suriyanın yeni lideri Əhməd əl-Şaraa arasındakı görüşdə maraqlı anlar yaşanıb.

Primeinfo.az xəbər verir ki, həmin görüntüləri “Al Arabiya” İnstaqram-da yayımlayıb.

Belə ki, yayımlanan videoda amerikalı liderin “ən yaxşı” adlandırdığı “Trump Victory 45-47” ətrini əvvəlcə öz üzərinə, daha sonra Suriya lideri və xarici işlər naziri Əsəd Həsən əl-Şeybaninin üzərinə bir neçə dəfə sıxdığı görünür.

Ağ Ev rəhbəri bir şüşə ətiri Suriya prezidentinə, digərini isə onun həyat yoldaşına hədiyyə edib və “neçə arvadınız var?” – gülümsəyərək soruşub.

Əhməd əl-Şaraa isə “bir” cavabını verib.

Paylaş: