
“İstər hərbi, istərsə də diplomatik, hüquqi və siyasi müstəvidə Rusiyaya ciddi zərbələr vurulmalıdır”.
Primeinfo.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Rusiya-Ukrayna savaşını şərh edən partiya sədrinin fikrincə, dünya ölkələri Rusiyaya qarşı bütün sahələrdə sanksiyalar tətbiq etməlidir:
“Amma bunların heç biri olmur. Müharibə artıq 4 ilə yaxınlaşır. Mediadan da oxuyuruq ki, Rusiya neftini müəyyən güzəştli şərtlərlə bir çox ölkələrə satır. Yaxşı, bəs sizin sanksiyalar haradadır? Rusiya üçüncü dövlətlərin əli ilə iqtisadi blokadadan çıxır. Nefti satıb əvəzində pullar alır və bu pullar silahlanmaya xərclənir”.
Mütəllim Rəhimov hesab edir ki, Qərbin Rusiyaya qarşı vahid mövqe nümayiş etdirməsinə ehtiyac var:
“Amma çox təəssüf ki, proqnozlara görə, biz yaxın zamanlarda ABŞ və Qərb arasında Rusiyaya qarşı ortaq bir mövqe müşahidə edə bilməyəcəyik. Bu da Rusiyanın daha da azğınlaşmasına gətirib çıxara bilər”.
Mövzu ilə bağlı daha ətraflı “Qırmızı masa”da: