
ABŞ Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərini verməkdən imtina edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Donald Tramp bildirib.
ABŞ Prezidentini sözlərinə görə, bu məsələ indi gündəmdə deyil. Qərarımı dəyişə bilər, amma indi cavabım “yox”dur”.
Tramp həmçinin qeyd edib ki, Rusiya ilə bağlı “son damla” deyilən bir məqam yoxdur:
“Bəzən tərəflərə döyüşmək imkanı vermək lazımdır. Onlar döyüşürlər. Putin üçün bu çətin müharibədir. O, çoxlu əsgər itirib, bəlkə də 1 milyon. Amma Ukrayna üçün də döyüşlər ağır keçir”.