Xəbər axtarın

Son axtarış nəticələri:

Qardaşı oğlunu öldürənlə bağlı qərar

07.11.2025 18:15

Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadov barəsində həbs qətimkan tədbiri seçilib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində 1987-ci il təvəllüdlü B.İbadovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və B.İbadov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, noyabrın 4-də Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində 2006-cı il təvəllüdlü Yasin İbadov qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Y.İbadovun əmisi B.İbadov saxlanılıb.

Paylaş: