
Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı bu gün səhər saatlarında Biləcəri Dəmiryol Stansiyasına çatıb.
Primeinfo.az xəbər verir ki, daha sonra Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb. Qatar artıq Biləcəri stansiyasından yola düşüb.
Yük qatarı Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.
Xatırladaq ki, qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstanda verdiyi bəyanatda Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.