
“Ramiz Mehdiyevin arvadı ilə Primakov xalaqızı-xalaoğludurlar. Onların bir-birləri ilə birbaşa qohumluq əlaqələri, bağlılıqları var. Primakovun 1990-cı ildə Bakıda 20 Yanvar faciəsinin əsas təşkilatçılarından biri olması təsadüfi deyil”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Bədrəddin Quliyev Prime TV-nin “Qırmızı masa” verilişində deyib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə Yevgeni Primakovun hər ikisi Gürcüstandan, eyni bölgədəndirlər:
“Yalandan deyirlər ki, guya Primakov Gürcüstan yəhudisidir. Amma elə deyil. Primakov da Mehdiyevin arvadı kimi erməni qarışığıdır. Bilirsiniz, bizim davamız Ramiz Mehdiyev şəxsiyyəti ilə deyil. Bizim davamız Rusiya imperiyasının Azərbaycanda qurduğu kəşfiyyat-agent şəbəkəsi ilədir”.
Bədrəddin Quliyevin mövzu ətrafında daha ətraflı fikirləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: