Xəbər axtarın

Son axtarış nəticələri:

“Real”ın gənc futbolçusu zədələndi

03.11.2025 17:22

İspaniya təmsilçisi “Real”ın (Madrid) futbolçusu Franko Mastantuonoda zədə aşkarlanıb.

Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub.

Daha əvvəl eyni diaqnoz “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamala da qoyulmuşdu.

Qeyd edək ki, Franko Mastantuono bu mövsüm “Real”ın heyətində 12 oyuna çıxıb, bir qol vurub, bir məhsuldar ötürmə verib

Paylaş: