Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Kiyevə hücum edib: 4 ölü, 29 yaralı

14.11.2025 13:42

Rusiya ordusunun Kiyevə endirdiyi zərbələrdən sonra baş verən partlayış və dağıntılar nəticəsində yaralıların sayı 29 nəfərə çatıb.

Primeinfo.az xəbər verir ki, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edildiyindən, axtarış-xilasetmə əməliyyatı davam edir.

Yaralılar arasında 7 və 10 yaşlarında iki uşaq, həmçinin hamilə qadın var.

Şəhərin Desnyanski rayonundakı dağıntıya məruz qalmış binada 4 nəfərin həlak olduğu təsdiqlənib.

Xatırladaq ki, Rusiya bu gecə Kiyevə dron və raket hücumu edib.

Kiyevin Desnyanski, Obolon, Şevçenko r və Svyatoşin rayonlarında fərdi və yaşayış binaları, o cümlədən inzibati bina yanıb. Ukrayna rəsmilərinin məlumatına görə, təxminən 10 çoxmərtəbəli yaşayış binası zərər görüb.

Paylaş: