
Rusiyanın Odessa bölgəsinə hücumu zamanı PUA-lardan biri Rumıniya ərazisinə düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, PUA Ukrayna sərhədidən 5 km aralıdakı Qrindu kommunası rayonu ərazisinə düşüb.
Hadisə yerinə hərbçilər cəlb olunub.