Xəbər axtarın

Son axtarış nəticələri:

Samur–Abşeron suvarma kanalında balıqların tələfi araşdırılır - FOTO

12.11.2025 17:33

Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı yayılan görüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Primeinfo.az xəbər verir ki, hadisə ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər.

Qeyd edilib ki, Samur–Abşeron suvarma kanalı balıq yetişdirilməsi üçün nəzərdə tutulmayıb.

Ərazidə ilkin sorğular aparılıb, sudan və balıqlardan nümunələr götürülərək müvafiq laborator müayinələrə göndərilib.

Qeyd edək ki, tələf olunan balıqlar – çay çapağı (2 sm) və kiçik sazan balığıdır (4-5 sm).

Paylaş: