Xəbər axtarın

Son axtarış nəticələri:

Şərurda ağır qəza: ölən var

10.11.2025 11:02

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil “TIR”la toqquşub.

Nəticədə “Mersedes”in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Paylaş: