
“Səs” qəzeti fəaliyyətini dayandırır.
Primeinfo.az xəbər verir ki, bu barədə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.
O, qəzetin bağlanmasının Media Agentliyinin qəzetlərin maliyyələşməsinə dair qərarı ilə əlaqəli olduğunu deyib.
Onun sözlərinə görə, Agentliyin qərarını kollektivlə son dəfə müzakirə edərək, qəzeti bağlamağa razılaşıblar.
“Səs” qəzeti 1991-ci ildən nəşr olunur.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün dünən növbəti müsabiqə elan edib. Elanda bildirilib ki, Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstəriləcək. Bu məqsədlə onlara aylıq 5000 (beş min) manat məbləğində vəsait ödəniləcək, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstəriləcək.