
Slovakiyanın müdafiə naziri Bakıda hərbi paradı izləyəcək.
Primeinfo.az xəbər verir ki, bu gün Azərbaycana gələn Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakı Prezident İlham Əliyev qəbul edib.
Ölkə rəhbəri Slovakiyanın nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirib.