Xəbər axtarın

Son axtarış nəticələri:

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

12.11.2025 13:00

Sumqayıt şəhərində 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Primeinfo.az-a verilən məlumata görə, mövcud qaz sayğaclarının yeni xətt üzərinə köçürülməsi ilə əlaqədar noyabrın 12-də saat 12:00-dan etibarən Sumqayıt şəhərinin Corat qəsəbəsindəki “dörd yol” adlanan ərazidə 600 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Paylaş: