
“Ermənilərlə türklər arasında düşmənçilik münasibətlərinin tarixi imperiyaların bölgəyə daxil olduğu dövrlərdən başlayır. Ona qədər bu cür qarşıdurma mövcud olmayıb”.
Primeinfo.az xəbər verir ki, bunu tarixçi-alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişində deyib.
Alimin sözlərinə görə, xarici imperiyalar bölgəyə gəldikdən sonra əllərinə keçən, ana toplumun – titul xalqın maraqlarına zidd olan, fərqli etnik və xüsusilə dini mənsubiyyətə malik icmaları azərbaycanlılara qarşı alət kimi istifadə ediblər:
“Ermənilərdən xeyli əvvəl bu məqsədlə istifadə olunan icma gürcülər olub”.
Tarixçi qeyd edib ki, Gürcüstanın Rusiya ilə imzaladığı Georgiyevsk traktatından sonra imperiyanın Cənubi Qafqaza daxil olması məhz bu ərazi üzərindən baş verib və Azərbaycanın işğalı da elə buradan başlayıb:
“Rusiyanın həmin dövrdə “kəşfiyyat” adı altında bölgəyə göndərdiyi bir çox hərbçilər və yerli bələdçilər əsasən gürcü əsilli olub”.
Daha ətraflı “Milli fikir” verilişində: