
“Ramiz Mehdiyevin 86 yaşı var, sağlamlığı məndən də yaxşıdır. Milyardları üstündə, həyatının da yarıdan çoxunu vəzifələrdə olub. Hələ də deyir ki, deputatlar bizim ayaqqabımızı cütləyirdi”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində AG Partiya başqanı Tural Abbaslı bildirib.
Onun sözlərinə görə, Prezident Administrasiyasının keçmiş rəhbəri, “boz kardinal” Ramiz Mehdiyevin general oğlu Teymur Mehdiyev hələ də vəzifədədir:
“Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirliyində generaldır. Vasif Talıbovun oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində generaldır. Hamısının da oğlu generaldır. Yadınızdadırsa, yazmışdı ki, bizim süfrəmizin kənarında, çörəyimizin qırıntıları ilə böyüyənlər, hamınızın cəzasını verəcəyik. İndi deyin – çətə sizsiz, bizik, yoxsa, onlardır?”, – deyə Tural Abbaslı bildirib.