Xəbər axtarın

Son axtarış nəticələri:

“Türk Dünyasında qadın və kəlam” kitabının təqdimatı olub – FOTO 

04.11.2025 15:29


İstanbul Türk Ədəbiyyatı Vəqfində Türkmənistanın xalq qəhrəmanı və şairi Gözəl Şaquliyevanın 85 illik yubileyi münasibətilə “Türk Dünyasında qadın və kəlam” adlı şeir kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Türkmənistanın Ankaradakı Səfirliyi və Türk Ədəbiyyatı Vəqfinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Rayev, İstanbul Türk Ocağı şöbəsinin rəhbəri, professor Cezmi Eraslan və Türkmənistanın İstanbul Baş konsulu Övezgeldi Cumanazarov çıxış ediblər.

Daha sonra türk ədəbiyyatının tanınmış simalarının iştirakı ilə panel iclası keçirilib. Paneldə Türk Ədəbiyyatı Dərgisinin redaktor müavini Enver Aykol, Türkmənistanın Xalq Heykəltəraşı Saragt Babayev, Ankara Universitetindən professor Berdi Sariyev və İstanbul Universitetindən doktor Ayşe Balkan məruzə ediblər.

Tədbir türk dünyası qadınlarının söz vasitəsilə qurduğu könül körpüsünə diqqət çəkən kitabın təqdimatı ilə başa çatıb.

İştirakçılar Türk dünyasında qadın ədəbiyyatının əhəmiyyətinə toxunan dəyərli əsərin ədəbiyyat aləmində qalıcı iz buraxacağını qeyd ediblər.

Sonda xatirə hədiyyələri təqdim edilib.

Paylaş: