
“Türkiyə gəmisinə edilən hücum və Azərbaycan səfirliyinin hədəf alınması arasında əlaqə var və bu hadisələr təsadüfi deyil”.
Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.
O, bu hücumların regiondakı geosiyasi proseslərlə bağlı olduğunu bildirib.
İqtisadçının sözlərinə görə, Türkiyə və Azərbaycanın Orta Asiya respublikaları ilə birgə atdığı addımlar, eləcə də ABŞ-ın bölgədə aktivləşməsi Rusiyanı narahat edir.
N.Cəfərli qeyd edib ki, Moskva bunu açıq şəkildə nümayiş etdirməyə cəsarət etmir və dolayı yollarla mesaj verməyə çalışır.
“Rusiya həm Türkiyədən, həm də Azərbaycandan asılı vəziyyətdədir. Qara dənizdən ticarət gəmilərinin çıxarılması belə Türkiyənin icazəsindən keçir.
Buna görə Rusiya birbaşa addımlar atmaq əvəzinə, dolayı hücumlarla mesaj verməyə cəhd edir”, – deyə o bildirib.
Ətraflı “Qırmızı masa” verilişində: