
Noyabrın 21-də Bakının Yasamal rayonunda baş verən yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesablarında paylaşım edib.
Primeinfo.az xəbər verir ki, o, qızı ilə birlikdə olan şəklini paylaşaraq, yazıb:
“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni… Nur içində yat, Arzum”.
Qeyd edək ki, Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər – 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova həlak olub.
Faciə zamanı 27 nəfər xəsarət alıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.