Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski: "Türkiyə siyasətinə güvənirik, Moskva bunu nəzərə alacaq"

19.11.2025 20:03

 

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.

Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən brifinqdə deyib.

V.Zelenski qeyd edib ki, müharibə sona çatmalıdır.

“Rusiya bunun məsuliyyətini anlamalıdır. Bu məsələdə Türkiyə ilə eyni baxış bucağımız var. Türkiyəyə bütün dəstəklərinə görə minnətdaram”, – o vurğulayıb.

Ukrayna lideri, həmçinin müdafiə sənayesi üzrə ortaq istehsal layihələrindən də danışıb. Bildirib ki, bu istiqamətdə Türkiyə Prezidenti ilə ikitərəfli görüşdə müzakirələr aparıb.

“Ortaq istehsal layihələri və siyasi müstəvidəki əməkdaşlığımızı da müzakirə etdik”, – deyə o bildirib.

Paylaş: