Xəbər axtarın

Son axtarış nəticələri:

Avstraliyada yəhudilərə hücum: 12 nəfər ölüb

14.12.2025 17:38

Avstraliyanın Sidney şəhərindəki (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12 nəfərə yüksəlib.

Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma terror aktı kimi təsnif edilib.

“Bir polis nəfəri və atıcılardan biri də daxil olmaqla, azı 12 nəfər həlak olub. Digər hücumçu yaralanıb və ağır vəziyyətdə nəzarət altındadır.

Şəhər xəstəxanalarına ən azı 25 nəfər aparılıb. Yaralılar arasında iki polis də var”, – deyə açıqlamada bildirilir.

Atəş açanlardan birinin şəxsiyyəti də müəyyən olunub – onun Navid Əkrəm olduğu bildirilib.

KİV-in məlumatına görə, ştat polisi hadisə yerində şübhəli əşya aşkarlayıb, bunun kustar üsulla hazırlanmış partlayıcı qurğu olduğu ehtimal edilir və onun zərərsizləşdirilməsi üzərində iş aparılır.

Qeyd edək ki, bayram tədbirinə təxminən yəhudi icmasının 2 min nəfər nümayəndəsi qatılıb.

Paylaş: